Ukraynanın şərq vilayətlərində sutka ərzində ikinci dəfə hava xəbərdarlığı elan edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin onlayn hava xəbərdarlığı xəritəsində qeyd olunub 
Ukraynanın Poltava, Xarkov və Dnepropetrovsk vilayətlərində xəbərdarlıq siqnalları verilib. Həmçinin, hava hücumu sireninin səsi Rusiyanın hazırda Kiyevin nəzarətində olan Zaporojye və Luqansk vilayətlərinin sakinləri tərəfindən eşidilib.