Ukraynanın şərqində və paytaxt Kiyevdə hava hücumu sirenləri yenidən işə düşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin hava xəbərdarlığının onlayn xəritəsində bildirilib.

Məlumatda hava hücumu xəbərdarlığı Ukraynanın bütün mərkəzi və şərq vilayətlərində, o cümlədən Zaporojye və Xerson vilayətlərinin ərazilərində, habelə Donetsk və Luqansk Xalq Respublikalarında elan edilib.