Ukraynada son 1 həftədə koronavirusa ən az yeni yoluxma halı qeydə alınıb.

Bu barədə məlumatı Milli Təhlükəsizlik və Müdafiə Şurası yayıb.

Bildirilib ki, son sutkada ölkədə 651 nəfərə COVID-19 diaqnozu qoyulub. Eyni dövr ərzində 13 nəfər vəfat edib, 560 nəfər isə sağalıb.

Beləliklə, Ukraynada indiyədək qeydə alınmış yoluxma hallarının sayı 59 493-ə yüksəlib. Onlardan 31 439 nəfər koronavirusdan sağalıb, 1 498 nəfər isə ölüb.report