Ukrayna prezidentinin saytında Kiyevlə Tehran arasında diplomatik münasibətlərin kəsilməsinin zəruriliyi ilə bağlı petisiya qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, petisiyada qeyd edilir: 

"Etiraf etmək lazımdır ki, bu ölkə uzun müddətdir Ukraynaya düşmən münasibət bəsləyir. Bu, Ukrayna Prezidentinin Ukrayna Xarici İşlər Nazirliyinə və Ukrayna Nazirlər Kabinetinə bu barədə göstəriş verməsini tələb etmək üçün kifayət qədər arqumentlər təqdim edir. Ukrayna ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərin dayandırılmasının (kəsilməsinin) məqsədəuyğunluğu ilə bağlı təkliflər hazırlayın. Ukrayna prezidentindən bu təşəbbüsü dəstəkləməsini və öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görməsini xahiş edirəm", - müraciətin mətnində deyilir. 

Müəllif iddia edir ki, İran Rusiyanı silahlarla, yəni Ukraynada döyüş əməliyyatlarında istifadə edildiyi iddia edilən pilotsuz uçuş aparatları ilə təmin edir.

Ukrayna prezidenti Volodimir Zelenskinin cavab verməsi üçün cümə axşamı qeydə alınan petisiya 25 min səs toplamalıdır.