Son iki ildə Ukraynada qadın hərbçilərin sayı 40% artıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələrində qadın hərbçilərin sayı 2021-ci illə müqayisədə 40 faiz və ya 12 min nəfər artıb. Hazırda isə 43 minə yaxın qadın hərbi qulluqçu ordu sıralarında xidmət edir", - hərbi idarənin "Telegram" kanalında deyilir.

Ukrayna Müdafiə Nazirliyi qadın hərbçilər üçün bütün iş məhdudiyyətlərinin ləğv edildiyini də qeyd edib. Belə ki, əvvəllər qadınlar siqnalçı, mühasib, kargüzar, aşpaz və ilk növbədə tibbi vəzifələrdə xidmət edə bilirdilər: "İndi orduda qadın sürücü, qumbaraatan, kəşfiyyat qrupu komandirinin müavini, piyada döyüş maşınının komandiri, təmirçi, pulemyotçu və ya snayper ola bilər".