2023-cü ilin ilk iki günündə Ukrayna Rusiya Silahlı Qüvvələrinə məxsus 84 İran zərbə dronunu zərərsizləşdirib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib.

O, sentyabrdan bəri Rusiyanın 500-ə yaxın dronunun zərərsizləşdirildiyini açıqlayıb.

"Pilotsuz uçuş aparatlarını məhv edirik. Yeni ildən sonra atılan 84 dronun hamısı vurulub. Belə nəticələr indiyə qədər görülməyib", - deyə hərbçi bildirib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.