Ukraynada son sutkada 1 197 nəfərdə COVID-19 aşkarlanıb.

Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, ötən gün 23 nəfər koronavirusdan ölüb. Bununla da virusun qurbanlarının sayı 1 673 nəfərə, virusa yoluxanların sayı isə 68 794 nəfərə yüksəlib. Ölkədə 37 394 pasiyent isə sağalıb.report