Ukraynada pis hava şəraiti, hərbi əməliyyatlar və texniki pozuntular səbəbindən 520-dən çox yaşayış məntəqəsi və 42 mindən çox abonent işıqsız qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, abonentlərin əksəriyyəti Xarkov və Dnepropetrovsk vilayətlərində (müvafiq olaraq 17,6 mindən çox və 17,5 mindən çox) elektrik enerjisiz qalıblar.

 

Gözəl Həşimova