Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov silahlı üsyana təhrik ittihamı ilə iş açılan “Vaqner” PMC-nin təsisçisi Yevgeni Priqojinin əməllərinə haqq qazandırıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə telekanalların birində Budanov danışıb:

“Priqojin daha ​​çox həqiqəti deyir. Xüsusən də Rusiya qüvvələrinin texnikası və hərbi əməliyyatların gedişi haqqında və ümumilikdə son hadisələri qarşıdan gələn döyüş adlandırıb”.

Kirill Budanov əlavə edib ki, Ukrayna mediası və Telegram kanalları mütəmadi olaraq Rusiya ordusunun zəif təchiz olunması və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı təmas xəttindəki uğursuzluqlar barədə dezinformasiyalar yayıb. Lakin rəsmi rəqəmlərə görə, vəziyyət başqadır. Rusiya Federasiyasının Silahlı Qüvvələri bütün cəbhə boyu öz mövqelərini saxlayır və bir sıra ərazilərdə hətta irəliləyərək düşmənə xeyli ziyan vururlar.