Ukrayna Rusiyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) və ümumilikdə BMT-dən çıxarmaq üçün hüquqi addımlar atmağa çağırıb.


İqtisadiyyat.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın o vaxtkı lider Boris Yeltsinin səyləri sayəsində “qeyri-qanuni” BMT TŞ-yə üzv qəbul edildiyi iddia edilirdi.

Bəyanatda qeyd olunub ki, Rusiya Federasiyası BMT Nizamnaməsi ilə müəyyən edilmiş prosedurlardan yan keçərək BMT Təhlükəsizlik Şurasının daimi üzvü olub.

Rusiyanın BMT üzvünə yaraşmayan hücum siyasəti yürütdüyü vurğulanan açıqlamada, "Rusiya Federasiyasının hərəkətləri dinclik anlayışına ziddir" ifadəsi işlədilib.

Rusiyanın 2014-cü ildən bəri Ukraynanın bəzi hissələrini qanunsuz olaraq ilhaq etdiyi və 24 fevraldan etibarən Ukraynaya hücum etdiyi vurğulanan açıqlamada, "Rusiya Federasiyasının beynəlxalq sülh və təhlükəsizliyə qarşı törətdiyi cinayətlərin coğrafiyası Ukraynanın sərhədləri daxilindədir.”

Rusiyanın 1991-ci ildən bu yana 31 dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyduğu bildirilən bəyanatda BMT-yə üzv dövlətlərə Rusiyanın BMT Təhlükəsizlik Şurasının və ümumilikdə BMT-dən çıxarılması üçün lazımi hüquqi addımların atılması çağırışı edilib.