Rusiya ordusunun 30-u havada məhv edilmiş 35-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum edib.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri açıqlama yayıb.

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığından verilən yazılı açıqlamaya görə, Rusiya qüvvələri səhər saatlarında İran istehsalı olan təxminən 35 PUA (Şahed) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən 30 PUA-nın məhv edildiyi qeyd edilən açıqlamada, əvvəlki hücumlarda olduğu kimi, bu dəfə də PUA-lar Azov dənizinin şərq sahilindən buraxıldığı bildirilib.