Ukraynada hərbi təhsilin idarə edilməsi üzrə yeni strategiya təsdiq edilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk məlumat verib.

"Biz hərbi təhsilin idarə edilməsi sistemini daha funksional etmək, Qərb liderlik modelini tətbiq etmək və Ukrayna və NATO-nun hərbi təhsilinin tam uyğunluğuna nail olmaq üçün çalışırıq. Mən hərbi təhsil sisteminin idarə olunması strategiyasını imzaladım və təsdiqlədim", - o, öz "Telegram" kanalında yazıb.

Pavlyuk qeyd edib ki, Ukrayna monolit hərbi təhsil sistemi qurmaq üçün vaxtında, yaxşı düşünülmüş həllərə ehtiyac duyur, onun idarə olunması üçün NATO və Aİ-nin tələblərinə cavab verən effektiv vasitələrə ehtiyacı var. 

Nazir müavini qeyd edib ki, strategiyanın hazırlanmasında NATO ölkələrinin müşavirləri iştirak ediblər.