"Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 900 milyon dollar alıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, bu vəsaitlər prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Şmıqal BVF-nin idarəedici direktoru Kristalina Georgiyevaya da minnətdarlığını bildirib.

Qeyd edək ki, BVF-nin İcraçı Direktorlar Şurası dekabrın 12-də növbəti tranşın Kiyevə ayrılmasını təsdiqləyib.

 

Gözəl Həşimova