“Yeni il ərəfəsində atəşkəs hal-hazırda mümkün deyil”

Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov bildirib:

“Mən inanıram ki, tam atəşkəs yalnız bir nəfər də olsun işğalçı qalmadıqda olacaq”.

Qeyd edək ki, bundan əvvəl Ukrayna ilə Milad və ya Yeni il atəşkəsi mövzusunu Kremlin sözçüsü Dmitri Peskov şərh etmişdi.

Bildirmişdi ki, bu məsələ Rusiyanın gündəmində deyil. Bundan əlavə, o qeyd edib ki, Rusiya tərəfi atəşkəslə bağlı təkliflər almayıb.