"Qarabağ” və “Qəbələ”nin (UEFA Gənclər Liqasındakı iştirakına görə) 2023/2024-cü illər mövsümündə UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar UEFA-nın ayırdığı aşağıda göstərilmiş vəsait AFFA-nın vasitəsilə klubların büdcəsinə köçürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Qarabağ”a 403 600 (dörd yüz üç min altı yüz avro), “Qəbələ”yə isə 25500 (iyirmi beş min beş yüz avro) vəsait köçürülüb.