"Beşiktaş" mayın 13-də Bakıda "Sabah" ilə yoldaşlıq görüşü keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, oyundan əldə ediləcək gəlir Türkiyədə zəlzələ bölgəsində məktəb tikintisi üçün sərf ediləcək.

Türkiyə mətbuatı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdən təxminən 9 milyon TL (təxminən 800 min manat) toplanacağını ehtimal edir.

Oyun saat 18:00-da başlayacaq.

Türkiyədə fevralın 6-da baş verən silsilə zəlzələ nəticəsində 50 mindən çox insan vəfat edib.