Türkiyənin milli müdafiə naziri Yaşar Güler ​​Yunanıstanın müdafiə naziri Nikos Dendias ilə telefon danışığı aparıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Y.Güler Yunanıstanda qəzaya uğrayan yanğınsöndürən təyyarənin pilotlarının həlak olması ilə bağlı qarşı tərəfə başsağlığı verib. 

O, yanğınsöndürmə işlərinə dəstək verməyə hazır olduqlarını bildirib.