Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-ın Türkiyənin 11 aylıq ixracatındakı payı rekord həddə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin ABŞ-a ixracatı 13 milyard 216 milyon dollarla yanvar-noyabr aylarında bütün zamanların ən yüksək göstəricisinə çatıb.

ABŞ-a ixrac ilin 11 ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artıb.

Türkiyənin ixracatında ABŞ-ın payı 5,71 faiz olub. Beləliklə, ABŞ yanvar-noyabr dövründə Türkiyənin ən çox ixrac etdiyi ikinci ölkə oldu.