Türkiyəli məşqçi Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif alıb.

İqtisadiyyat.az xəbər verir ki, mütəxəssis bununla bağlı "X" hesabında paylaşım edib. O, postunda iki həftə əvvəl AFFA-dan təklif aldığını qeyd edib:

"Beşiktaş"ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda "Kocaelispor"la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru yürüyürük. İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz "Kocaelispor"dur".

Daha əvvəl "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Yeni Malatyaspor", "Samsunspor", "Traktor Sazi" kimi komandalarda çalışan Sağlam 2023-cü ilin yayından "Kocaelispor"a rəhbərlik edir