Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

09:00

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində meydana gələn 7,7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 29 min 605 olub. 

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

Məlumata görə, zəlzələ bölgəsindən 147 min insan digər ərazilərə təxliyə edilib. 

Bildirilib ki, fevralın 6-dan bu günə qədər bölgədə 2412 zəlzələ meydana gəlib.