Muğlanın Datça mahalı sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Muğlanın Datça rayonundan 211,88 kilometr məsafədə 4,1 bal gücündə qeydə alınıb.

Zəlzələnin 49,5 kilometr dərinlikdə olduğu müəyyən edilib.