Zonquldağ Ereğlidə dəmir-polad fabrikində təmizlik işləri zamanı hidrogen çəni partlayıb, 2 işçi ağır yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən dəmir-polad zavodunda hidrogen çəni təmizlənərkən naməlum səbəbdən partlayış baş verib.

Partlayış nəticəsində Ercan Y. və Məsut A. yaralanıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən Ereğli Dövlət Xəstəxanasına aparılan işçilərin sağlamlıq vəziyyəti ağır olaraq qalır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.