Türkiyənin Karaman əyalətində 5 yaşlı qız 9 yaşlı oğlanın əlindəki silahdan təsadüfən atəş açılması nəticəsində həyatını itirib.

Bu barədə İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir.

İddialara görə, dünən axşam saatlarında tarladan qayıdan 9 yaşlı uşağın atası tüfəngini evin girişində qoyub və qoyunlarının yanına gedib. Bu vaxt onun oğlu tüfənglə oynadığı zaman təsadüfən atəş açıb. Nəticədə qonşunun 5 yaşlı qızı xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşını və jandarma qrupu sövq edilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.