"Türkiyə hakimiyyəti "Çin kəşfiyyatının xeyrinə Türkiyədə yaşayan uyğurlara qarşı casusluq etməkdə" şübhəli bilinən 6 nəfəri həbs edib, polis daha bir şübhəlini axtarır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"İstanbul prokurorları "Türkiyədəki uyğur icmasının tanınmış üzvləri və onların bəzi dərnəkləri haqqında məlumat topladığı" güman edilən 7 nəfəri müəyyən edib. Türkiyədə təxminən 50.000 uyğur yaşayır ki, bu da Mərkəzi bölgədən kənarda ən böyük uyğur əhalisidir", - məlumatda qeyd edilib.

Ankara bir neçə ildir ki, Pekini uyğurlara zülm etməkdə ittiham edir. Çin ona qarşı irəli sürülən ittihamları rədd edir.