Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Ağrının Doğubayazıt rayonunda yerli vaxtla saat 21:22-də 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 5,03 kilometr dərinliyində qeydə alınıb.