Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Kirman vilayətində baş verən terror aktını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

"İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - deyə qeyd olunub.