İran İslam Respublikası Xəzər dənizindəki ərazi sularında hərbi dəniz təlimləri keçirir və bu təlimlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi də iştirak edir.

Bu barədə İqtisadiyyat.az “IRNA”ya istinadən xəbər verir.

Məlumata görə, dörd gün keçirilməsi nəzərdə tutulan təlimlərə İran Hərbi Dəniz Qüvvələrinin hava-desant bölməsi, həmçinin korvetlər və helikopterlər cəlb olunub. Rusiya tərəfdən isə təlimlərdə “SB-45” gəmisi təmsil olunub.

Qeyd olunur ki, təlimlər dənizdə baş verə biləcək insidentlərə hazırlığın artırılması məqsədilə keçirilir.

Həmçinin məlumatda vurğulanır ki, İran silahlı qüvvələri ilə yanaşı, Xəzər dənizinin digər ölkələrinin, o cümlədən Azərbaycanın nümayəndələri də manevrlərdə müşahidəçi qismində iştirak edirlər.

 

Sadiq Cavadov