ABŞ-nin vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində Demokratlar Partiyasından namizəd kimi irəli sürülməsi ilə bağlı səsvermə avqustun 1-də gözlənilir.

İqtisadiyyat.az bu barədə "CBS"ə istinadən xəbər verir.

Məlumata görə, söhbət virtual formatda səsvermədən gedir. Beləliklə, Harrisin namizədliyi avqustun 19-22-də Çikaqoda keçiriləcək milli partiya qurultayında yox, vaxtından əvvəl təsdiq oluna bilər.

 

Gözəl Həşimova