Antalya Diplomatik Forumu çərçivəsində Türkiyədə işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı beynəlxalq gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika və Qara dəniz regionunda vəziyyət müzakirə olunub.

Nazirlər Rusiya-Türkiyə siyasi dialoqu və ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparıblar.