Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında görüş olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşümüz zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional vəziyyəti də müzakirə etmək imkanımız oldu", - Hakan Fidan bildirib.

"Görüş zamanı əsas müzakirə mövzuları Qafqazdakı sülh prosesi, Qara dənizdə və Suriyada baş verənlər oldu", - H.Fidan qeyd edib.