Super Liqasında legioner limiti ləğv olunur.

İqtisadiyyat.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Super Liqada mübarizə aparan klublar 2023/24 mövsümü üçün transfer pəncərəsindən başlayaraq 14 legioner transfer edə, həmçinin eyni anda 11 əcnəbi oyunçu ilə meydana çıxa biləcəklər. Bununla bağlı razılıq Türkiyə Futbol Federasiyasının Klublar Birliyi, klubların rəhbərliyi və baş məşqçilərlə müzakirələrindən sonra əldə edilib.

TFF-nin bununla bağlı mayın 12-də rəsmi açıqlama verməsi gözlənilir.

Xatırladaq ki, hazırda Türkiyə Super Liqasında legionerlərlə bağlı 8+3 limiti tətbiq olunur.