Ankara və Moskva Rusiya prezidenti Vladimir Putinin səfərinin vaxtını vaxtı gələndə açıqlayacaqlar. 

İqtisadiyyat.az xəbər verir ki, bunu TASS-ın sualını cavablandıran Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiç deyib.

"Siz Rusiya prezidentinin mətbuat katibinin açıqlamalarından çıxış etməlisiniz, həm də Türkiyədən gələn bəyanatları izləməlisiniz. Vaxtı gələndə açıqlama verəcəyik", - səfir bildirib.

Bundan əvvəl KİV Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tuta biləcəyini yazıb. Peskov səfərin hazırlandığını təsdiqləyib, lakin konkret tarix açıqlamayıb.