Türkiyə Mərkəzi Bankı lirəni sabitləşdirmək üçün tədricən valyuta müdaxilələrindən imtina edir.

İqtisadiyyat.az "Ekonomim" qəzetinə istinadən xəbər verir ki, Mərkəzi Bankın rəhbəri Hafize Qaye Erkan faiz artımından sonra Türkiyə bankirləri ilə keçirilən görüşdə pul siyasətində köklü dəyişiklərə işarə edib.

Erkan, əsas prioritetin inflyasiya ilə mübarizə olduğuna diqqət çəkib. O, həmçinin valyuta müdaxilələrinin mərhələli şəkildə dayandırılacağına işarə edib.