Türkiyə valyutası taxıl müqaviləsi ətrafında yaranmış vəziyyət fonunda dollar və avro qarşısında dəyər itirməyə davam edir.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, dollar lirə qarşısında 1.87% bahalaşaraq 26.84 lirəyə çatıb.

Avro isə lirə qarşısında 1.96% dəyər qazanaraq 30,20 lirəyə yüksəlib.

Əlavə edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə açıqladığı məzənnəyə əsasən, 1 lirə 0,645 manata ticarət edilir.

 

Gözəl Həşimova