Türkiyə hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə aviasiya və hava hücumundan müdafiə texnikaları verib.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, məqsəd aviasiya və hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməkdir.  

Təhvil verilmə mərasmində Türkiyənin Gürcüstandakı səfiri Əli Kaan Orbay, müdafiə nazirinin müavini Qriqol Giorqadze, Müdafiə Qüvvələri komandanının müavini və briqada generalı İrakli Çiçinadzeiştirak ediblər.

Qeyd edək ki, Türkiyədən Gürcüstan Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığına 2 ədəd aerodrom xüsusi texnikası və “UH-1H” helikopterləri üçün ehtiyat hissələri verilib.