Türkiyənin Azərbaycandan təbii qaz idxalı oktyabr ayında 718 milyon 910 min kubmetr təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun oktyabr ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Hesabat dövründə Türkiyənin təbii qaz idxalı 3,7% artaraq təxminən 3 milyard 358 milyon 230 min kubmetrə çatıb.

Oktyabrda ən çox təbii qaz idxalı 1 milyard 985 milyon 990 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 718 milyon 910 min kubmetrlə Azərbaycan və 448 milyon 980 min kubmetrlə Əlcəzair izləyib.

Bu dövrdə İrandan idxal olunan təbii qazın həcmi isə 128 milyon 250 min kubmetr olub.

 

Gözəl Həşimova