Prezidentin sözçüsü Kalın, Almaniya və Yunanıstan rəsmiləri ilə birlikdə Türkiyə ilə Yunanıstan arasında üçtərəfli görüş keçirib.


İqtisadiyyat.az xəbər verir ki, Prezidentin sözçüsü səfir İbrahim Kalın, Almaniya Federal Kanslerinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti müşaviri Yens Plötner və Yunanıstan Baş nazirinin Diplomatik Ofisinin direktoru Anna-Mariya Boura Brüsseldə üçtərəfli görüş keçirib.

Görüş zamanı Türkiyə ilə Yunanıstan arasında rabitə kanallarının canlandırılması məsələsi müzakirə olunub.