Türkiyədən taxıl, paxlalı bitki, yağlı bitki və onlardan hazırlanan məhsulların ixracı bu ilin yanvar-may dövründə 7,3% artaraq 5 milyard dollara çatıb.
Bu barədə İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, ölkənin taxıl ixracı 5 aylıq dövrdə miqdar baxımından 25,4% artıb.
Hesabat dövründə Türkiyə taxılının əsas alıcısı İran və ABŞ olub.
Gözəl Həşimova