"Turan Tovuz”un futbolçusu Sərtan Taşkının Türkiyənin “Manisa” klubuna keçidi rəsmiləşib.

İqtisadiyyat.az Manisa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin üzvü TFF I Liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb: “Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam”.

Taşkın cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vurub