Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşacaq.

“Topkapı Sport Center”in meydanında təşkil olunacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tovuzlular yanvarın 15-də daha iki görüş keçirəcəklər. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının ilk yarısından sonra 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Bölgə təmsilçisi yanvarın 22-də 19-cu turun matçında “Kəpəz”lə qarşılaşacaq.