Bu gün Azərbaycan Premyer Liqası çərçivəsində 19-cu turun iki görüşü keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, ilk görüş Tovuz şəhər stadionunda baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Görüş saat 14:00-da start götürəcək.

Günün ikinci görüşü isə Zirə qəsəbə stadionunda oynanılacaq. "Zirə" Sumqayıt şəhər təmsilçisini qəbul edəcək. Matç saat 16:30-da başlayacaq.