Antalyada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" klubu bu gün yoxlama oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, İsveçrənin "Arau" klubu ilə qarşılaşan "Turan Tovuz" 1-0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunu ilk hissədə Ayxan Hüseynov vurub.