Azərbaycan Premyer Liqasının VIII turunun “Turan Tovuz” – “Neftçi” oyununun biletləri satışa çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından əldə etmək olar.

Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Oyun 30 sentyabr tarixində, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.