ABŞ-nin keçmiş prezidenti Donald Tramp Çin lideri Si Cinpinə rəğbət bəslədiyini etiraf edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Tramp bildirib ki, bu il keçiriləcək prezident seçkilərində qalib gələrsə, Çin mallarına yüksək rüsumlar tətbiq etmək niyyətindədir: “Mən Çinin uğur qazanmasını istəyirəm. Çin liderini çox bəyənirəm. O, hakimiyyətdə olduğum zamanlarda mənimlə çox yaxşı dost idi”.