"Amerika prezidenti Co Bayden Ukraynaya milyardlarla dollar ayırmağa hazır olduğu üçün NATO ölkələri ABŞ-yə gülür". 

İqtisadiyyat.az xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib.

"Onlar ABŞ-nin axmaqlığına gülürlər, çünki ABŞ lideri hər dəfə kimsə istəyəndə 60 milyard dollar verir. Biz bunu etməməliyik. Bizə gülürlər. Liderliyimizə görə axmaq ölkə olduğumuzu düşünürlər", - o deyib.

Tramp bundan əvvəl bəyan edib ki, NATO üzvü olan ölkələr kollektiv müdafiə üçün kifayət qədər ianə ödəmirlər, üstəlik, onlar Ukraynaya Vaşinqtondan xeyli az vəsait ayırırlar.