ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən prezident seçiləcəyi təqdirdə ölkə sərhədlərini bağlamağı və qeyri-qanuni miqrantların kütləvi deportasiyasını həyata keçirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə “Fox News”a bildirib.

“Kütləvi deportasiyanı təşkil etmək lazımdır. ABŞ-də qeyri-qanuni yaşayan milyonlarla insan ola bilməz”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp qeyri-qanuni miqrantlar səbəbindən ABŞ-də terror aktları təhlükəsi olduğunu açıqlayıb.