İngiltərə Premyer Liqasında 22-ci tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun son matçında "Tottenxem" "Mançester Siti" klubunu qəbul edib. London klubu Harri Keynin vurduğu yeganə qol sayəsində qələbə qazanıb.

Qeyd edək ki, Harri Keyn 267 qolla "Tottenxem" klubunun ən çox qol vuran oyunçusu kimi tarixinə düşüb.