Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik və hüquqi işçi qrupları mübahisəli xəttin 1 km-dən artıq hissəsini təsvir ediblər.

İqtisadiyyat.az xəbər verir ki, nümayəndələrin görüşü fevralın 11-dən 18-dək Suqd rayonunun Buston şəhərində baş tutub.

"Görüş çərçivəsində tərəflər qalan ərazilərdə birgə çöl tədqiqatları apararaq, Tacikistan-Qırğızıstan dövlət sərhədi xəttinin 1,11 km-də razılığa gəliblər", - "Xovar" xəbər agentliyi məlumat yayıb.

Tərəflər Qırğızıstan ərazisində keçiriləcək növbəti görüşdə qalan sahələrin təsviri üzərində işi davam etdirəcəkləri barədə razılığa gəliblər. İclasın yekunu üzrə müvafiq protokol imzalanıb.