Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın 21-də Rusiyaya işgüzar səfər edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev Kazanda keçiriləcək “Gələcəyin Oyunları” beynəlxalq turnirinin açılış mərasimində iştirak edəcək. Tədbirdə Belarus, Qırğızıstan, Tacikistan və Özbakistan başçıları ilə yanaşı, bir sıra digər dövlətlərin nümayəndələri də iştirak edəcək.