ABŞ-ın Texas ştatının El Paso şəhərinə gəlməsi gözlənilən immiqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.


İqtisadiyyat.az xəbər verir ki, Texas mediasında yer alan xəbərə görə, El Paso Bələdiyyə Başçısı Oscar Leeser, qeyri-qanuni mühacirlərin deportasiya prosesini sürətləndirmək üçün COVID-19 epidemiyası səbəbiylə qüvvəyə minən "Title 42" adlı qanunun hazırlandığını xatırladıb.

Dekabrın 21-dən etibarən immiqrant axınının inanılmaz səviyyəyə çata biləcəyinə işarə edən Leeser, El Pasoda fövqəladə vəziyyət elan edildiyini ifadə edib.

El Paso səlahiyyətlilərinin fövqəladə vəziyyət sayəsində miqrantlar üçün daha çox qaynaq və sığınacaq təmin edə biləcəklərini qeyd edən Leeser, insanlara ləyaqətlə davranıldığından və hər kəsin təhlükəsiz olduğundan əmin olmaq istədiklərini söyləyib.

Co Bayden administrasiyası qeyri-qanuni mühacirlərin deportasiya prosesini sürətləndirmək üçün keçmiş ABŞ prezidenti Donald Tramp dövründə COVID-19 epidemiyası səbəbiylə qüvvəyə minmiş “Title 42” qanununu ləğv etməyə hazırlaşarkən, Dekabrın 21-dən etibarən Daxili Təhlükəsizlik Departamenti, müraciətin bitməsindən sonra Meksika sərhədini tərk edəcək.